Teymur Rəcəbov Aronyana qalib gəldi

19:46 / 22.06.2021
2155
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində Ermənistan təmsilçisi Levon Aronyanla növbəti görüşünü keçirib.
Sfera.az-ın məlumatına görə, XVII tura təsadüf edən blits qarşılaşması 34 yaşlı qrossmeysterin qələbəsi ilə başa çatıb.
Qara fiqurlarla oynayan Rəcəbov 30-cu gedişdə rəqibini təslim olmağa məcbur edib.