DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacva arasında görüş keçirilib.

Bu barədə Sfera.az-a DTX-dan məlumat verilib.

Görüşdə general-polkovnik Əli Nağıyev ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində görülən işlər barədə qonağa məlumat vermiş, dünya düzəninə əsas təhdidlərdən olan beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və digər bu kimi mənfi təzahürlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti dövlət strukturlarının göstərdiyi qarşılıqlı fəaliyyətdən məmnunluğunu ifadə etmişdir.

Qeyd olunmuşdur ki, ali rəhbərlərin birgə səyləri nəticəsində ölkələr arasında etibarlı tərəfdaşlıq və səmimi dostluq münasibətləri qurulmuş, təhlükəsizliyə və sabitliyə mümkün risklərə qarşı mübarizə istiqamətində sıx əməkdaşlığın yaradılması üçün əhəmiyyətli addımlar atılmış və son zamanlar tərəflər arasında təmaslar daha intensiv xarakter almışdır.

44 günlük Vətən müharibəsində qardaş Pakistan dövlətinin və xalqının Azərbaycanın haqlı və ədalətli mövqeyinə göstərdiyi birmənalı dəstəyi xüsusi vurğulayan Xidmət rəisi ölkələrin müvafiq təhlükəsizlik orqanları arasında olan münasibətlərin səviyyəsindən razılığını bildirərək, bu əlaqələrin genişləndirilməsi və daha da inkişaf etdirilməsi üçün belə müntəzəm səfərlərin vacibliyini qeyd etmişdir.

Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə minnətdarlığını çatdıran ordu generalı Qamar Caved Bacva bu görüşlərin tərəfdaşlıq münasibətlərinin güclənməsinə və dərinləşməsinə xidmət etdiyini, hər iki dövlətin maraq və mənafelərinin etibarlı qorunması, sülh və sabitliyin təmin olunması istiqamətində görülən işlərin, aparılan müzakirələrin mövcud əlaqələrin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırmışdır.

Görüşdə qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi, gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR

Prezidentin xüsusi nümayəndəsi: Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq

Hazırda Xocalı şəhəri də daxil olmaqla 3 yaşayış məntəqəsinə - Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə ümumilikdə 1 433 nəfərdən ibarət 327 ailə köç edib. &...

Növbəti görüş yenə İstanbulda olacaq

İstanbul Rusiya və Ukrayna arasında danışıqların növbəti mərhələsinə ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. ...

Sirkə turşusundan zəhərlənən kişi xəstəxanada VƏFAT ETDİ

Salyan sakini sirkə turşusundan vəfat edib.   Sfera.az xəbər verir ki, şəhər sakini, 39 yaşlı Röyal Əhədov bir neçə gün əvvəl sirkə turşusundan ...

Xəzər dənizində İran və Rusiya arasında birgə təlimlər başlayır

İran və Rusiya arasında Xəzər dənizində birgə dəniz-xilasetmə təlimləri - CASAREX 2025 iyulun 21-dən etibarən keçiriləcək.   Sfera.az xəbər veri...

Futbol tarixinin ən güclü oyunçusu müəyyənləşdi

İngiltərənin nüfuzlu "Sky Sports" nəşri futbol tarixinin ən güclü oyunçusunu müəyyənləşdirmək üçün böyük miqyaslı sorğu keçirib.   Sfera.az...

İsrail ordusu Qəzzada HƏMAS rəsmisini ÖLDÜRDÜ

İsrail ordusu Qəzzada HƏMAS-ın silah istehsalı üzrə rəhbərini zərərsizləşdirib.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (Ç...