"Xankəndidə qarşıdurmanın güclənməsi və seperatçıların bir-birlərinə atəş açmaları an məsələsidir..."

"Robert Köçəryan parlament seçkilərindəki məğlubiyyətini həzm edə bilmir, depressiya içindədir. O özünü müxalifətdə görə bilmir, hətta parlamentdə deputat kimi əyləşməyi özü üçün təhqir hesab etdiyindən qanunverici orqanın işində iştirak etməyəcəyinə dair açıqlama verib”.
 
Sfera.az bildirir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O bildirib ki, Köçəryan seçkidə məğlubiyyətinin əvəzində Xankəndini qarışdırmağa başlayıb:

"Onun Qarabağdakı adamları digər separatçı Araik Arutunyanı devirmək istəyirlər. Rusiya qarışmır. Görünür, Rusiyadakı mərkəzlər hesab edirlər ki, Köçəryanı Ermənistanda hakimiyyətə gətirə bilmədilər, heç olmazsa Qarabağda radikallar baş rolda olsunlar. Bu Paşinyan üçün pis ssenaridir. Nikol Paşinyan müharibədə məğlub olsa da, tərəfdarı Araik Arutunyan vasitəsilə bir gözüylə Xankəndiyə baxır. Ancaq separatçılar Araiki devirib Köçəryan kimisini Xankəndidə oturtsalar, ermənilər arasında nifaq daha da dərinləşəcək”.

Politoloq qeyd edib ki, Köçəryanın Qarabağdakı əsas adamı onun kimi digər qatil, qondarma qurumun "təhlükəsizlik şurası”nın rəhbəri Vitali Balasanyandır:

"Araik, Balasanyan və ya qeyrisi – hamısı separatçıdır. Bizim üçün "yaxşı separatçı” və ya "pis separatçı” anlayışı yoxdur. Xankəndidə qarşıdurmanın güclənəcəyi və bir-birlərinə atəş açmaları istisna deyil. Buna da hazır olmalı və nə edəcəyimizi əvvəlcədən bilməliyik”.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR