Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı

Əfqanıstan Talibana təslim edilir? – Politoloq baş verənlərin Azərbaycana təsirindən danışdı
"ABŞ-ın Əfqanıstandan 20 ildən sonra qoşununu çıxarması, Talibanın növbəti dəfə hakimiyyətə gəlməsinə şans yaradıb”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Əfqanıstanda Talibanın hakimiyyəti götürməsi Azərbaycanı da yaxından maraqlandırır:

"Bu ölkədə qeyri-sabitliyin davam etməsi, Azərbaycanın da iştirakçısı olduğu "Lapis-lazuri" nəqliyyat dəhlizinin fəaliyyətinin dayanmasına gətirib çıxaracaq. "Zəngəzur" dəhlizinin açılması ilə bu nəqliyyat arteriyası birbaşa Əfqanıstandan keçməklə, Pakistanla quru əlaqələri təmin edəcəkdi. Eyni zamanda bu ölkədə sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbçilərinin evə  dönüşü təmin edilməlidir. Aşkar şəkildə olmasa da, ABŞ Əfqanıstanı Talibana təhvil verib çıxır. Artıq Əfqanıstanda sülhməramlı qüvvələrin fəaliyyətinə ehtiyac yoxdur”.

Politoloq qeyd edib ki, Əfqanıstan yenidən terror və radikalizmin mərkəzinə çevrilir və buradan Mərkəzi Asiya dövlətlərinin də təhlükəsizliyi təhdid ediləcək.
 
Günay
 

OXŞAR XƏBƏRLƏR