İsti hava məhsuldarlığa necə təsir edəcək? - "Hər şey fermerlərdən asılıdır..."

İsti hava məhsuldarlığa necə təsir edəcək? -
Xəbər verdiyimiz kimi qarşıdakı günlərdə ölkə ərazisində anomal istilərin olacağı bildirilir. Belə ki, bir neçə gün ərzində bəzi rayonlarda tempratur 44 dərəcəyədək yüksələcək. 
 
Kəskin istilər davamlı olarsa, bu məhsuldarlığa necə təsir edəcək? 

Məsələ ətrafında Sfera.az-a danışan kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov məhsuldarlığa ziyan dəyməsinin fermerlərdən asılı olduğunu deyib:
"Aqrotexniki qaydalara əməl olunarsa, bitkilərə lazım olan maddələr vaxtında verilərsə, suvarma prosesi qaydasında aparılarsa, bitkilər yüksək temperatura dözümlüdür. Ümumilikdə isə iqlim dəyişikliyi ilə əlaqədar havalar istiləşib. Son illərdə şiddətli istilərin şahidi oluruq. Artıq insanlar buna uyğunlaşıblar. Hazırda işin böyük hissəsi texnika ilə görülür. O cəhətdən hər hansı ciddi təsirin olacağını hesab etmirəm. 

Müəyyən dövrdə, yəni hava isti olduqda fotosintez prosesi dayanır. Bu da onunla bağlıdır ki, aqrotexniki qaydalara əməl olunmur. Əgər aqrotexniki qaydalara əməl olunarsa, havanın isti keçməsi fotosintez prosesini dayandırmaz. Hər şey kəndlilərin bilgisi və bacarığından asılıdır". 

Ekspert isti havalarda fermerlərin işləməsində problemlərin yarana bilcəyini qeyd edib:

"Havanın isti olması daha çox fermerlərə təsir edə bilər. İnsan faktorundan asılı olan yığım prosesinə təsir edəcəyini düşünürəm. Bu zaman da vaxt gözlənilir, səhər və axşam vaxtlarında yığım aparılır. Havanın kəskin isti keçməsi əvvəllər də müşahidə olunub. Sadəcə bu insanlardan gizlədilib. İsti hava açıq şəraitdə yetişdirilən tərəvəz məhsullarında puxtalaşma prosesi aparır. Beləliklə, məhsul istiyə dözə bilmədiyi üçün xarab olur".

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR