"Dini rəhbərləri çiynində silahla "öldür" əmri verir" - Ermənilərin Xocavənd və Kəlbərəcərə gəlməsinin arxasında nələr dayanır?

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Gəncəsər monastırlarını ziyarət edib.
Belə ki, Xocavənd və Kəlbəcər ərazisində yerləşən bu monastrlara ümumilikdə 150 nəfər gəlib.
 
Maraqlıdır, ermənilərin bu ziyarətlərinin arxasında başqa məqsədlər ola bilər? 

Məsələ ətrafında Sfera.az-a danışan deputat Cavanşir Paşazadə ermənilərin Azərbaycan ərazisindəki monastırlara səfərinin göstəriş xarakterli olduğunu deyib:

"Ermənilərin monastırları ziyarət etmə istəyində məkrlilik var, bu onların xislətindədir. Prezident İlham Əliyev üçtərəfli bəyannamə imzalandıqdan sonra ermənilərə işğaldan azad olunmuş Azərbaycan ərazisini tərk etmək üçün vaxt vermişdi. Onlar isə bu müddət ərzində həmin o monastırların taxtalarını belə söküb aparmışdı. Bu gün isə onlar monastırlara gedib-gəlməklə sübut etməyə çalışırlar ki, Qarabağa hələ də getmək imkanları var. Düzdür, monastıra gələn insanlar arasında həqiqətən də ibadət üçün gələnlər ola bilər, lakin ümumilikdə bu ziyarətlər göstəriş xarakterlidir. Ümumiyyətlə, onların bu səfərləri də müvəqqətidir, gələcəkdə ermənilərin belə bir fürsəti olmayacaq. 

Deputat ermənilərin dini inanclarının heç də saf olmadığını qeyd edib:

"150 erməninin Qarabağ ərazisinə gəlməsini təbii olaraq heç bir azərbaycanlı istəmir. Nəticədə ermənilərin dini rəhbəri çiynində silah daşıyıb "öldür" əmri verirdi. Lakin din adamı bu məsələlərə qarışmamalıdır, sülhə tərəfdar olmalıdır. 44 günlük müharibə dövründə də biz erməni katoliklərin döyüşlə bağlı çağırışlarını eşitdik. Bu baxımdan onların din adı altında həyata keçirdikləri əməlləri də saf adlandırmaq olmaz". 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR