“150 nəfərlik toy qərarı yanlış idi” – Adil Qeybulladan etiraz

14:30 / 22.06.2021
2340
"Epidemioloji
vəziyyətin stabil olmasından istifadə edərək, toyları keçirmək lazımdır. Bu
baxımdan yeni qərar yaxşıdır. Çünki bu, həm də genofondun taleyi məsələsidir”.
Bunu Sfera.az-a açıqlamasında tibb üzrə
ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, digər tərəfdən toyların
formatı dəyişdirilməli idi:
"Hesab edirəm ki, 150 nəfər də çoxdur. 70-100
nəfər civarında insanların toplaşması yetərli olardı. İsti havalarda yaxşı
olardı ki, toylar açıq havada keçirilsin. Eyni zamanda masalar arasında məsafə
elə təmin edilsin ki, heç bir problem yaranmasın. Vaksin vurulsa da, COVİD
pasportu olsa da, toylarda immuniteti tam formalaşmamış şəxslərin iştirakı da
mümkündür. Düzdür, bu ehtimal çox azdır. Hər halda bu istisna olunmur. Qapalı
bir zalda bir nəfərin xəstə olması kifayətdir ki, xeyli insan xəstələnsin.
Bütün bunlar nəzərə alınmalıdır”.
Günay Rəsulqızı