Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Siyasət
13:49 / 22.06.2021
1460
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Sfera.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında məlumat verib.
O bildirib ki, parlamentin növbədənkənar sessiyasının növbəti plenar iclası iyunun 25-də keçiriləcək: "Toplantının gündəliyi barədə isə əlavə məlumat veriləcək”.