Millimiz Belarusa böyük hesabla məğlub olub

Millimiz Belarusa böyük hesabla məğlub olub

İyunun 8-də 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

Report xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 4:1.

Yoldaşlıq görüşü, Bakı
Azərbaycan (U-19) - Belarus (U-19) - 1:4
Qollar: 0:1 - Məhəmmədov (8). 1:1 - Xasayev (15). 1:2 - Baxar (40). 1:3 - Baxar (91+). 1:4 - Xalimonçikov (92+).

Komandalar iyunun 10-da yenidən Bakıda üz-üzə gələcəklər.



OXŞAR XƏBƏRLƏR