ABŞ-da məktəbdə atışma: 3 nəfər yaralandı

Dünya
23:26 / 06.05.2021
2737
ABŞ-ın Aydaho ştatının Riqbi şəhərində orta məktəbdə baş verən silahlı atışma nəticəsində 3 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə KIFI-TV məlumat yayıb.
Xəsarət alanlardan 2-i məktəbli, digəri isə yetkin şəxsdir. Onların həyati təhlükəsi yoxdur.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.