İstifadə etdiyimiz maskalarda qurd var? - VİDEO

İstifadə etdiyimiz maskalarda qurd var? - VİDEO
Bakıda tibbi maskaların birinin üzərində aparılan kiçik təcrübə geniş müzakirələrə səbəb olub.

Sfera.az  xəbər verir ki, tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə maskadan nano qurd çıxması barədə video paylaşıb.

Aparıcı isti su olan fincanın üzərinə maskanı qoyub və sonra kiçik qurdların peyda olduğunu bildirib.

Qeyd edək ki, oxşar videolar sosial şəbəkələrin Qazaxıstan seqmentində də yayılmışdı. Bundan sonra yerli laboratoriyalar və həkimlər araşdırma aparmağa başlamışdılar.

Ekspertlər sosial şəbəkədə yayılan videolara belə izah veriblər: "Tibbi maskalar və zondlar və PCR analizi üçün biomaterialdan nümunə götürmək üçün nano botları ehtiva edən nəzəriyyə 2021-ci ilin əvvəlində ortaya çıxıb. Videodakı zonddakı liflər gümüşü bir parıltıya malik olub.

Maskanın içindəki qurda bənzlər hissəciklər əslində polyester, viskoz və digər sintetik liflərdir. İstehsalat prosesində hazırlanan həmin süni liflər elektriklənməyə məruz qalaraq hava axını, buxar və insan nəfəsinin təsirindən hərəkət edir və elə başa düşülür ki, onlar canlı orqanizmdir və maskanın içində hərəkət edirlər".

Görüntüləri olduğu kimi təqdim edirik:
 

(baku.ws)

OXŞAR XƏBƏRLƏR