Zibillikdən silah-sursat çıxdı - FOTO

Zibillikdən silah-sursat çıxdı - FOTO

Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

Mayın 26-da "Təmiz Şəhər" ASC-nin əməkdaşları həmin tapıntıları polisə təhvil verib.

Sfera.az bildirir ki, ASC-dən Trend-ə verilən məlumata görə, aşkar olunan təhlükəli əşyalar bunlardır:

- 1 ədəd DTG-9 qumbaraatan mərmi;
- 1 ədəd tüstü yayıcı cihaz;
- 1 ədəd RQD-5 əl qumbarasının korpusu;
- 1 ədəd pnevmatik tapanca;
- 769 ədəd müztəlif çaplı patron.

Paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əmək müqavilələrinin sayı artdı

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub. ...

Xərçəng olan rəqqasə 2 aya 54 kiloqram arıqladı - FOTOLAR

Uzun müddətdir xəstəxanada xərçəngdən müalicə olunan rəqqqasə Tanyelidən xəbər var.   Sfera.az xəbər verir ki, o son iki ay ərzində 54 kiloqram ...

Suriyada Rusiyanın hansı hərbi təyyarələri olub? - ADLAR

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkədə olan hərbi vasitələrini xilas etməyə çalışır. Rəsmi məlumatlara əsasən, Rusiyanın bu ölkədə iki hərbi...

Bəşər Əsədin Moskvada olması TƏSDİQLƏNDİ - Səfirlik AÇIQLADI

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.   Sfera.az TASS-a istinadən xəbər veri...

Masazırda 25 vətəndaş təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb.    Sfera.az xəbər verir ki, bu barəd...

65 yaşına çatmış bəzi diplomatların xidmət müddəti uzadıla bilər

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.   Sfe...