AVRO-2016: Finalda qonşuların dueli
Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulacaq.
Sfera.az apasport.az-a istinadən xəbər verir ki, finalda Portuqaliya ilə İspaniya qarşılaşacaqlar.
Pireney yarımadasını təmsil edən iki ölkənin yığmaları arasındakı həlledici qarşılaşma 8-ci kilomter qəsəbə stadionunda keçiriləcək.
Turnirə millimizlə eyni qrupda başlayan Portuqaliya finala qədər inamla irəliləyib. Portuqallar qrupdan lider kimi çıxdıqdan sonra həlledici oyuna kimi Avstriya (5:0) və Hollandiyanı (2:0) "quru" hesabla yoldan kənarlaşdırıblar.
İspaniya da mötəbər yarışa yaxşı start verərək finala kimi irəliləyə bilib. Qrupdan çıxdıqdan sonra İngiltərə (1:0) və Almaniyanı (2:1) məğlub edən yeniyetmə "buğalar" nəhayət yarışın ən güclüsü olmaq üçün qonşuları ilə "savaçacaqlar".
17 yaşlılar arasında Avropa çempionatı
Final
21 may
20:00. Portuqaliya - İspaniya
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)
8-ci km qəsəbə stadionu