Neft yenidən ucuzlaşıb
09:37 / 19.05.2016
1658
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,12 dollar, yaxud 0,25% ucuzlaşaraq 48,19 dollar/barel təşkil edib.
Sfera.az report-a istinadən bildirir ki, "Brent" markalı neft isə 0,35 dollar və ya 0,71% geriləyərək 48,93 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.