Bakıda jurnalistin yaşadığı mənzil qarət olundu

Bakıda jurnalistin yaşadığı mənzil qarət olundu

APA-nın əməkdaşı Mübariz Aslanovun yaşadığı ev qarət olunub.

Milli.Az bildirir ki, bu barədə APA-ya jurnalistin özü məlumat verib.
 
Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
 
Hadisə baş verən vaxt evdə heç kim olmayıb.
 
Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.
 
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsindən bildirilib ki, hazırda polis daxil olan şikayət əsasında araşdırma aparır. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əmək müqavilələrinin sayı artdı

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482.194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1.884.109 olub. ...

Xərçəng olan rəqqasə 2 aya 54 kiloqram arıqladı - FOTOLAR

Uzun müddətdir xəstəxanada xərçəngdən müalicə olunan rəqqqasə Tanyelidən xəbər var.   Sfera.az xəbər verir ki, o son iki ay ərzində 54 kiloqram ...

Suriyada Rusiyanın hansı hərbi təyyarələri olub? - ADLAR

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkədə olan hərbi vasitələrini xilas etməyə çalışır. Rəsmi məlumatlara əsasən, Rusiyanın bu ölkədə iki hərbi...

Bəşər Əsədin Moskvada olması TƏSDİQLƏNDİ - Səfirlik AÇIQLADI

Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin hazırda Rusiyada olması barədə yayılan məlumat təsdiqlənib.   Sfera.az TASS-a istinadən xəbər veri...

Masazırda 25 vətəndaş təxliyə edildi - VİDEO

İntensiv yağan yağışlarla əlaqədar Abşeron rayonu, Masazır qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb.    Sfera.az xəbər verir ki, bu barəd...

65 yaşına çatmış bəzi diplomatların xidmət müddəti uzadıla bilər

Azərbaycanın 65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti hər dəfə bir ildən çox olmayaraq beş ilədək uzadıla bilər.   Sfe...