Azadlıq prospekti bağlanır

Azadlıq prospekti bağlanır

Bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bu gecə saat 00:00-dan etibarən təmir işləri ilə əlaqədar Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Məsud Davudoğlu küçəsi ilə kəsişməyədək olan hissəsi (6-cı mikrorayon istiqamətinə dönən yol) avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq:

"Azadlıq prospekti ilə Cəfər Xəndan, Səttar Bəhlulzadə və Naxçıvani küçələrinin kəsişən hissələrindən də prospektə giriş-çıxış tam bağlı olacaq. M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətindən şəhərə doğru gələn avtonəqliyyat vasitələrinə Süleyman Sani Axundov ("Azadlıq" m/stansiyası, 8-ci mkr. istiqamətinə) və Məsud Davudoğlu küçələri ilə (6-cı mkr. istiqamətinə) hərəkət təmin olunacaq. Azadlıq prospektinin sözügedən ərazisində tam məhdudlaşdırma təmir işləri bitənədək (3-4 gün) tətbiq olunacaq".

"Azəravtoyol" ASC baş verə biləcək narahatlığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçmələrini tövsiyyə edir.


OXŞAR XƏBƏRLƏR

Böyük XƏBƏRDARLIQ GƏLDİ - Nüvə müharibəsi BAŞLAYIR?

BMT baş katibinin müavini İzumi Nakamitsu dünya ictimaiyyətini nüvə silahından səmərəsiz istifadəyə qarşı xəbərdarlıq edib. O bildirib ki, təhlükəni aradan qald...

Növbəti köç karvanı Kəngərli kəndinə çatdı

Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.   Sfera.az xəbər verir ki, bu mərhələdə köçürülən 154 nəfərdən ibarət 40 ailəyə yeni...

Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILDI

Bu gündən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.  ...

15 yaşlı qardaşının meyitini avtomobil təmiri sexində tapdı

Gəncədə 15 yaşlı yeniyetmə oğlan intihar edib.   Sfera.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mahrasa bağı adlanan yaşayış mass...

Məşhur müğənni axtarışa verildi

Rusiyalı müğənni Qriqori Lepsi axtarışa verilib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Daxili İşlər Nazirliyinin saytında yer alı...

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

Qloballaşma sürətləndikcə dünyanın müxtəlif ölkələrində yaşayan xalqlar üçün milli kimliyin qorunması çətinləşir və prioritet məsələyə çevrilir.   S...