Prezident İlham Əliyev Oljas Süleymenovu təbrik edib

Prezident İlham Əliyev Oljas Süleymenovu təbrik edib

Prezident İlham Əliyev şair Oljas Süleymenovatəbrik məktubu ünvanlayıb. 

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əziz Oljas Süleymenov! 

Sizi - müasir ədəbiyyatın görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə səmimi qəlbdən xoşbəxtlik, cansağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hələ gənclik illərinizdə Sizə böyük populyarlıq gətirən poetik istedadınız fikrin dərinliyi və poetik dilin bənzərsizliyi ilə həmişə oxucuları cəlb edib. Poeziyanıza xas olan gerçəkliyin fəlsəfi qavranışı Sizin nəsrinizdə, publisistikanızda və kino dramaturgiyanızda daha da inkişaf edib.

Bütün Azərbaycan xalqı üçün Siz ilk növbədə 1990-cı ilin Qanlı Yanvar hadisələri dövründə itkilərimizin bütün ağırlığını bizimlə bölüşən və öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandıran bir insansınız. Antinüvə hərəkatında Sizin parlaq vətəndaş mövqeyiniz dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə, heç şübhəsiz, öz rolunu oynayıb.

Müxtəlif xalqların tarixinə və ədəbiyyatına yeni yanaşmaların formalaşmasının zəruriliyi barədə Sizin qeyri-ordinar ideyalarınız mədəniyyətlərarası dialoqa layiqli töhfə verib. BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçirilən VII Qlobal Forumunda iştirakınız bir daha göstərdi ki, yarım əsrdən artıq müddətdə yaradıcılığınıza nüfuz etmiş mədəniyyətlərin qarşılıqlı mənəvi təsiri və bir-birini zənginləşdirməsi ideyası Sizə əvvəlki kimi yaxındır.

Sizə uğurlar diləyirəm".



OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...