Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT - YENİLƏNİB

Təhqiqat Şöbəsini yol polisindən aldılar - YENİ TƏYİNAT - YENİLƏNİB

17:45

Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib. 

Sfera.az avtosfer.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.

----------

16:59

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni baş müstəntiq təyin edilib.

Sfera.az lent.az-a istinadən bildirir ki, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də baş müstəntiq vəzifəsinə təyin edilib.

Qeyd edək ki, BDYPİ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir. 


OXŞAR XƏBƏRLƏR

Naxçıvanda yeni qurum yaradıldı, rəis təyin olundu

Naxçıvan Muxtar respublikasında (MR) yeni qurum yaradılıb, rəis təyin olunub.   Sfera.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentl...

Kütləvi qida zəhərlənmələri ilə bağlı araşdırma aparılır – Baş Prokurorluq

Kütləvi qida zəhərlənmələri ilə bağlı məlumatlar daxil olduqda ilk növbədə bu hallar qeydiyyata alınır. Daha sonra vətəndaşların xəstəxanaya yerləşdirilməsi təm...

Əhaliyə XƏBƏRDARLIQ - Bu linklərə daxil olmayın

Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb.   Sfera.az x...

Xamenei hədəfdə - İsrail köhnə taktikasını işə salacaq

İsrailin Baş naziri Binyamin Netanyahu son açıqlaması ilə Yaxın Şərqdə onsuz da gərgin olan siyasi vəziyyəti daha da alovlandırdı. O, İranın ali dini lideri Ayə...

"Tramp Rusiyanı G7-yə daxil etmək istəyir"

ABŞ Prezidenti Donald Tramp Çinin Yeddilik Qrupuna (G7) qoşulmasını “yaxşı fikir" adlandırıb. Tramp bildirib ki, dövləti Çinin G7-yə qoşulmasına etir...

“Yaxın Şərqdəki nüvə təhlükəsi dünyəvidir" - Rusiya XİN

“Yaxın Şərqdəki nüvə təhlükəsi hipotetik deyil, həm region, həm də dünya üçün təhlükə yaradan real və praktiki ölçüyə malikdir”. Sfera.az TASS ...