Bakıda daha bir körpü faciəsi
10:29 / 11.05.2016
3330
Bakı sakini körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb.
Sfera.az report-a istinadən bildirir ki, 1997-ci il təvəllüdlü Orxan Şirinzadə metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdən yıxılıb. O.Şirinzadə kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.