Azərbaycanda bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - RƏSMİ

Azərbaycanda bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar - RƏSMİ
Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 59-VIQD nömrəli Qanunu ilə yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi almış şəxslərin orta ixtisas təhsilini bitirmiş subbakalavrlara bərabər tutulması müəyyən edilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2020-2021-ci tədris ilində ilk dəfə olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Nəqliyyat vasitələrinin texniki istismarı”, "Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul həyata keçirilib. Təhsil müddəti 3 il olan bu tədris proqramlarında təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər. 

Qeyd edək ki, növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur. Yüksək texniki peşə təhsili ümumilikdə peşə təhsilinin nüfuzunu artırmağa xidmət etməklə yanaşı, təhsil pillələri arasında keçid imkanını da təmin edəcək.
 


OXŞAR XƏBƏRLƏR

Uşaqları sosial şəbəkələrdə olan təhlükələrdən necə qoruyaq? - Ekspertdən ÇAĞIRIŞ

İnternet və sosial şəbəkələr müasir dövrdə həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq internet platformalarından nəinki ünsiyyət və əyləncə üçün, eyni z...

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) ölkəmizə daha bir xarici investisiyanın cəlbinə nail olub. Niderland İnkişaf Bankı (FMO) və Veysəloğlu Şirkətlər Qrupu arasında...

Bu yolda piyadaların rahat gediş-gəlişi təmin olundu - VİDEO

Daha bir yolda piyadaların rahat gediş-gəlişi təmin olunub.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İ...

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK - RƏSMİ

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə dekabrın 10-da pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.   Sfera.az xəbər ...

Paytaxtda şirkətdən 23 600 manat oğurlandı

Xəzər rayonu ərazisində yerləşən şirkətlərin birindən 23600 manat pul oğurlaması barədə polisə məlumat daxil olub.   Sfera.az xəbər verir ki, bu...

Bakıda qadın xidmətçi işlədiyi evdən oğurluq etdi

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.   Sfera.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən...