Putin hələ də peyvənd olunmayıb - SƏBƏB

Dünya
14:17 / 17.12.2020
1082
"İndi dövriyyəyə buraxılan peyvəndlər müəyyən yaş zonasındakı vətəndaşlar üçün təqdim olunur. Peyvənd hələ mənim kimi insanlara çatmayıb. Mən qanuna əməl edən insanam və mütəxəssislərimizin tövsiyələrini dinləyirəm, bu səbəbdən də hələ peyvənd olunmamışam. Ancaq mümkün olan kimi bunu mütləq edəcəyəm”.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
Rusiya prezidenti koronavirusa qarşı ümumi kütləvi vaksinasiyanın zəruriliyinə əmin olduğunu qeyd edib.
O həmçinin Rusiya istehsalı "Sputnik V” peyvəndinin koronavirusa qarşı effektivliyinin 97%-ə qədər çatdığını qeyd edib.
Xatırladaq ki, Vladimir Putin bu ilin avqustunda ölkədə istehsal olunan koronavirus infeksiyasına qarşı vaksinin dünyada rəsmi olaraq qeydiyyatdan keçən ilk peyvənd olduğunu açıqlamış, üstəlik qızlarından birinin də peyvənd etdirdiyini bildirmişdi.