Putinin illik böyük mətbuat konfransı başladı - CANLI YAYIM

Dünya
13:14 / 17.12.2020
1597
Moskvada Rusiya Prezidenti Vladimir Putinin sayca 16-cı illik böyük mətbuat konfransı başlayıb.
Sfera.az xəbər verir ki, bu il Rusiya liderinin illik geniş mətbuat konfransı COVID-19 pandemiyası səbəbindən yeni formatda keçirilir.
Belə ki, jurnalistlərin bir qismi Rusiya prezidenti ilə onun Moskva ətrafındakı Novo-Oqaryovoda yerləşən iqamətgahında eyni salonda olmaqla mətbuat konfransında iştirak edir. Digər qisim media mənsubu isə Beynəlxalq Ticarət Mərkəzində olacaq və videoəlaqə yolu ilə Putinə suallar verəcək.
Ümumilikdə illik mətbuat konfransında iştirak etmək üçün 774 jurnalist akkreditasiyadan keçib.