900-ə yaxın erməni hərbçisinin meyiti tapıldı

900-ə yaxın erməni hərbçisinin meyiti tapıldı
"Noyabrın 13-dən Qarabağda həlak olmuş 892 erməni hərbçisinin meyiti aşkarlanıb".

Sfera.az xəbər verir ki, bunu Ermənistanın Fövqəladə Hallar Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Unan Tadevosyan "Sputnik Armenia”ya açıqlamasında deyib.

"Biz bu günə kimi 892 hərbi qulluqçunun meyitini tapdıq. Son günlərdə barışıq rejiminin pozulmalarına görə iş dayandırılıb. Amma dünən axtarışlar Cəbrayıl, Füzuli və Qaraxanbəyli ərazisində davam etdirildi. Bu gün onlar Cəbrayılda və Füzulidə davam etdilər", - Tadevosyan deyib.

O, əlavə edib ki, işlər Zəngilanda da davam etdiriləcək. Hava xilasedicilərə ciddi maneçiliklər yaradır. Qısa dekabr günləri axtarışların effektivliyini əhəmiyyətli dərəcədə aşağı salır. Axtarışlarda əsasən erməni və Rusiya xilasediciləri iştirak edirlər.

İndi xilasedicilərə yeri yaxşı tanıyan hərbçilər, həmçinin itkin düşən əsgərlərin valideynləri qoşulublar.

"Bu onların arzusu idi, biz onları qarşılamağa getdik. Valideynlər öz aralarında razılaşırlar və bizimlə birlikdə axtarışda bir neçə insan iştirak edirlər", - dövlət qulluğunun əməkdaşı qeyd edib. (Report)

OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....