“Taliban” heyəti Pakistanda

“Taliban” heyəti Pakistanda
"Taliban” üzvlərindən ibarət bir heyət Pakistana səfər edib. "Qafqazinfo” xəbər verir ki, "Taliban” siyasi işlər başçısının müavini Molla Əbdül Qani Baradarın rəhbərlik etdiyi şəxslər Qətərdən Pakistanın paytaxtı İslamabada keçiblər.

"Taliban” nümayəndə heyətinin 3 günlük rəsmi səfər çərçivəsində Baş nazir İmran Xan və xarici işlər naziri Mahmud Hüseyn Qureyşi başda olmaqla yüksək vəzifəli şəxslərlə görüşü gözlənilir.

Davam edən Əfqan sülh prosesinə əlavə olaraq, qaçqınların Pakistana qayıdışı və sərhəd ticarətində əfqanların qarşılaşdıqları problemlər də müzakirə ediləcək.

"Taliban” son 4 ayda ikinci dəfə Pakistanı ziyarət edir.

Qeyd edək ki, bu il sentyabrın 12-də Əfqanıstanda sülhün əldə olunması üçün Qətərin paytaxtı Dohada Əfqanıstan hökuməti və "Taliban”arasında danışıqlar aparılıb. 2 dekabrda razılıqla nəticələnən danışıqların ilk mərhələsindən sonra ikinci mərhələ başlayıb.

"Taliban” və Əfqanıstan nümayəndə heyətləri arasında danışıqların ikinci mərhələsi Əfqanıstandakı müharibəyə son qoymaq üçün 14 dekabrda 23 günlük dayandırılıb.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...