Çində cəmi 12 nəfərdə koronavirus aşkarlandı - Son vəziyyət

Dünya
08:54 / 16.12.2020
2308
Çində son sutka ərzində daha 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.
Sfera.az xəbər verir ki, bu barədə "worldometers.info”da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 770-ə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 821 xəstə sağalıb.
Ölkədə 315 aktiv koronavirus xəstəsi var ki, onlardan da 8-nin vəziyyəti ağır qiymətləndirilir.