Ermənistan müharibədəki itkilərinin sayının çox olduğunu təsdiqlədi

Ermənistan müharibədəki itkilərinin sayının çox olduğunu təsdiqlədi
Ötən gün Cəbrayıl və Füzulidən daha 64 erməni əsgərinin meyiti Ermənistana aparılıb.

Sfera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Qarabağda qardaşını və qardaşı oğlunu axtaran Arsen Qukasyan bildirib.

"İndi (dünən axşam-red) hökumət binasının qarşısındayam, burada yekun vurulur. Bugünkü məlumata görə, 64 meyit gətiriblər. 41-i Cəbrayıldan, 23-ü Füzulidən”, - deyə o bildirib.

Daha əvvəl Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində 3 000-ə yaxın insan itkisinin olduğunu etiraf etmişdi. Ermənistanın səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, müharibə zamanı öldürülmüş 2 966 erməni hərbi qulluqçunun meyitinin tibbi məhkəmə ekspertizasını keçirilib. Son günlər açıqlanan rəqəmlər ermənilərin itkilərinin sayının 3 000-i ötdüyünü sübut edir.

Daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsində ölkənin insan itkisinin sayının az olduğunu iddia edib. Lakin Səhiyyə Nazirliyi bununla Müdafiə Nazirliyinin iddialarını təkzib edib.
 

"Report”//


OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....