Yeni koronavirus pandemiyası 2021-ci ildə bitəcək - Kanadanın baş naziri

Dünya
00:18 / 16.12.2020
2801
Kanadanın baş naziri Castin Trüdo hesab edir ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası 2021-ci ildə bitəcək.
Sfera.az-ın verdiyi məlumata görə, bu barədə baş nazir jurnalistlərə açıqlamasında bildirib.
C.Trüdo deyib: "Çox uzun bir il oldu, ancaq 2021-ci ildə bu pandemiya sona çatdıqda sizinlə birlikdə bunu qeyd edə bilərik. Biz vaksinlərin hazırlanması ilə pandemiyanın sonunu görürük".
Baş nazir qeyd edib ki, pandemiya davam etdiyi müddətdə kanadalılar özlərini qorumalıdırlar.