Erməni general: “Azərbaycan Ordusu S-300-lərimizi 15 dəqiqəyə məhv etdi” - VİDEO

Erməni general: “Azərbaycan Ordusu S-300-lərimizi 15 dəqiqəyə məhv etdi” - VİDEO
Müharibənin ilk 2 həftəsində Qarabağdakı erməni silahlı birləşmələri Moskvanın Yerevana verdiyi 6 "Tor-M2KM” zenit-raket komplekslərinin 4-nü itirdi. Ümumiyyətlə, Qarabağdakı bütün hava hücumundan müdafiə sisteminin yarısından çoxu sentyabrın 27-də, müharibənin ilk 4 saatı ərzində məhv edilmişdi.

Bunu qondarma "dqr”in "təhlükəsizlik şurası”nın keçmiş katibi (müharibənin kapitulasiya ilə başa çatmasından sonra istefa verib) general Samvel Babayan deyib.

O, bildirib ki, 6 "Buk” zenit-raket kompleksindən cəmi 1-i döyüş qabiliyyətində idi.

Bundan əlavə, hərbi əməliyyatların lap əvvəlində Azərbaycan qüvvələri 10 "Osa” zenit-raket kompleksini və bir S-300 zenit-raket kompleksini məhv etdi.

Babayan onu da etiraf edib ki, müharibə başlayanda erməni ordusunda tam acınacaqlı vəziyyət hökm sürürdü, elə müharibənin ilk günlərindəcə əsgər və zabitlər arasında fərarilik başlamışdı. "Ona görə də son 10 il ərzində işləmiş qərargah rəislərinin, nazirlərin, ali baş komandanların hamısı günahkardır”,-o bildirir.

Babayan onu da deyib ki, müharibə təzə başlayanda Qarabağda 20 minə yaxın canlı qüvvə döyüşə qatılmışdı, səfərbərliklə əlavə 8 minlik canlı qüvvə də formalaşdırılıb. Amma onlardan 3 mini Ermənistanda "oturub” və döyüşlərə qatılmaqdan yayınıb.

Samvel Babayanın bildirdiyinə görə, onların işlək vəziyyətdə olmayan "Buk” zenit-raket komplekslərini təmir etmək üçün Moskvadan göndəriləcək təmir briqadasını gözləyirdilər. 

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...