Bu iki ölkə arasında diplomatik əlaqələr kəsildi

Bu iki ölkə arasında diplomatik əlaqələr kəsildi
Somali qonşu Keniya ilə bütün diplomatik əlaqələrini kəsib.
 
Sfera.az  xəbər verir ki, Somali Keniyanı daxili işlərinə qarışmaqda və ərazi bütövlüyünü pozmaqda ittiham edib.

Somalinin informasiya naziri Osman Dube bildirib ki, bütün diplomatların geri qayıtması, keniyalı nümayəndələrin 7 gün ərzində ölkəni tərk etməsi barədə əmr verilib.

"Somali bu qərarı daxili işlərinə təkəbbürlü müdaxilədən sonra verdi. Mövcud Keniya rəhbərliyi hər zaman Somalidə problem yaratmaq istəyir”,- deyə nazir qeyd edib.

Qərar Somalidən birtərəfli müstəqilliyini elan edən Somaliland lideri Musa Bihi Abdinin dünən Keniya Prezidenti Uhuru Kenyatta ilə görüşməsindən sonra verilib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Hind okeanındakı zəngin neft və qaz yataqları bölgəsindəki dəniz sərhəd mübahisəsindən sonra pisləşib.

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...