Uçuşlarda və bəzi obyektlərin girişində sağlamlıq pasportu tələb olunacaq - YENİLİK

11:40 / 15.12.2020
1630
"United Airlines”, "JetBlue”,
"Lufthansa” kimi böyük aviaşirkətlər sərnişinlərin COVID-19 test nəticələrini
yoxlamaq üçün "CommonPass" adlı sağlamlıq pasportundan istifadə etməyi
planlaşdırır.
Sfera.az "New York Times”a istinadən xəbər verir ki, "CommonPass" pasport tətbiqi sərnişinin koronavirus testi mənfi olduğu halda ona uçuşu təsdiqləmə kodu təqdim edəcək.
Həmçinin, şəxsə COVİD-19 peyvəndi vurulub-vurulmadığı ilə bağlı məlumat və elektron sənəd də "CommonPass"a daxil ediləcək.
Bu pasportdan səyahətlərlə yanaşı, idman salonlarının, təhsil müəssisələrinin və ticarət mərkəzlərinin girişlərində də istifadəsi nəzərdə tutulub.
Bildirək ki, "United Airlines” adı çəkilən tətbiqi oktyabr ayında sınaqdan keçirib.
Jalə Mehdi
Sfera.az