Navalnını ikinci dəfə zəhərlədilər

Navalnını ikinci dəfə zəhərlədilər
Böyük Britaniyanın "The Times” qəzeti rusiyalı siyasətçi Aleksey Navalnının bir yox, iki dəfə zəhərləndiyini yazıb.

Sfera.az  xəbər verir ki, qəzet bu xəbəri etibarlı mənbədən əldə etdiyini açıqlayıb.

Yazıda mənbənin adı göstərilməyib.

Rusiya prezidenti Vladimir Putinin ən sərt əleyhdarı kimi ad çıxaran, 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilən, dəfələrlə inzibati həbs cəzası alan Aleksey Navalnı ilk dəfə 2020-ci il avqustun 20-də zəhərlənib.

Həmin gün o, Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya uçarkən özünü pis hiss edib, huşunu itirib, Omsk şəhərində təcili eniş zərurəti yaranıb, siyasətçi 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, avqustun 22-də Berlinə aparılıb, "Şarite” klinikasında müalicə alıb.

Almaniya hökuməti Aleksey Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan "Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyini açıqlayıb. Bu, Almaniya Silahlı Qüvvələrinin toksikoloji laboratoriyasında aparılan analizdə üzə çıxıb. Fransa və İsveçin laboratoriyaları bu versiyanı təsdiqləyib.

Rusiya hakimiyyəti Navalnını xüsusi xidmət orqanının zəhərlədiyi haqda iddiaları rədd edib.

Novator.az-ın məlumatına görə, "The Times” qəzeti iddia edir ki, Navalnı Omsk şəhərində 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində olduğu vaxt Rusiyanın xüsusi xidmət orqanının əməkdaşları onu ikinci dəfə "Noviçok”la zəhərləyiblər.

Qəzetin iddiasına görə, məqsəd o olub ki, sui-qəsd başa çatsın, Almaniyaya götürülənə kimi, yaxud götürüləndən az sonra (yolda, yaxud Almaniyada) Navalnı ölsün, həkimlər onu xilas edə bilməsinlər.

Qəzetin yazdığına görə, ilk zəhərlənmədən, Omsk şəhərində təyyarədən endiriləndən sonra həkimlər Navalnıya "Atropin” iynəsi vurublar.

"Atropin” güclü antidot sayılır.

Antidot zəhərin əksinə təsir göstərən, onun aktivliyini azaldan, onu orqanizmdən çıxaran maddədir.

"The Times” qəzetinin iddiasına görə, məhz bu maddə Navalnını xilas edib. "Atropin” iynəsindən sonra Navalnı süni koma vəziyyətinə salınıb. Bu vəziyyətdə zəhər qara ciyərdə sürətlə yayıla bilməyib, zəhərin yayılması prosesi tormozlanıb.

"The Times” yazır ki, sui-qəsdin məqsədə tam yetmədiyini, eyni zamanda Navalnının Almaniyaya götürülməsi tələblərinin gücləndiyini görən Rusiya hakimiyyəti Navalnını ikinci dəfə zəhərləmək qərarına gəlib. Xüsusi xidmət orqanının əməkdaşları Omskda reanimasiya şöbəsində Navalnıya baş çəkiblər və elə o vaxt siyasətçini yenidən zəhərləyiblər. Amma süni koma vəziyyəti, əvvəlcədən antidotun bədənə yeridilməsi sayəsində siyasətçi bu zəhərlənmədən də sağ çıxıb. Yəni birinci zəhərlənmədən sonra  vurulmuş "Atropin” iynəsi ikinci zəhərləmənin də effektini zəiflədib.

1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının ("Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib, korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən olub, "DA!” gənclər hərəkatının, "Xalq” hərəkatının yaradıcılarındandır. Gələcək Rusiya Partiyasının sədri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir.

Aleksey Navalnı Almaniyanın "Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vurub.

Navalnı hazırda Avropada yaşayır, onun Rusiyaya nə vaxt dönəcəyi bəlli deyil.
(novator.az)

OXŞAR XƏBƏRLƏR

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....