Lukaşenko COVID-19-a qarşı öz peyvəndini istehsal edəcək

Lukaşenko COVID-19-a qarşı öz peyvəndini istehsal edəcək

"Belarus alimlərinin tədqiqatları ciddi nəticələr verəcəyi təqdirdə, Minsk özünün koronavirus əleyhinə peyvəndini istehsal edəcək”,- deyə Aleksandr Lukaşenko bildirib.


Sfera.az xəbər verir ki, bu haqda "Sputnik Belarus” agentliyi məlumat yayıb.


Prezidentin sözlərinə görə, Vitebskdən olan mütəxəssislər və respublikanın Milli Elmlər Akademiyasının alimləri bu təkliflə ona müraciət ediblər. Bundan əlavə, Belarus Rusiya vaksinini də istehsal edə bilər, belə ki, Moskva bunun üçün Belarus alimlərini lazım olan hər şeylə təmin etməyə, həmçinin risk qruplarından olan vətəndaşları peyvənd etmək üçün həmin vaksinləri satın almağa hazırdır.


"Üç variantın hamısından istifadə edəcəyimiziistisna etmirəm. Təcili olaraq risk qrupunu (red. bunlar ilk növbədə həkimlər və tibb bacılarıdır) peyvənd etmək üçün vaksin almalı olacağıq. Öz İstehsalımızı işə salsaq, daha yaxşı olardı. Söhbət həmin vaksini satıb pul qazanmaqdan daha çox, özümüz və xalqımız üçün vaksin istehsal etməkdən gedir. Ümumiyyətlə, biotexnologiya böyük bir perspektivdir",-deyə Lukaşenko qeyd edib.


Lukaşenko həmçinn vurğulayıb ki, dünyada COVİD-19-a qarşı vaksin hazırlanması və istehsalı uğrunda mübarizə gedir və etiraf edib ki, bu "pul davası ” onu narahat edir. "Burada söhbət milyardlarla dollardan gedir və hamı çox zaman vaksin və hazırda sınaq müddətində olan insanlar qarşısındakı məsuliyyəti unudaraq pul davasına qalxıb”,-deyə o, əlavə edib.

 

Qeyd edilən bütün variantların dekabrın 17-dəmaraqlı tərəflərin iştirakı ilə dövlət başçısı səviyyəsində müzakirəsi planlaşdırılır.


Oktyabrın 1-də Belarusda Rusiyanın "Sputnik V” koronavirus peyvəndinin tədqiqatı çərçivəsində könüllülərin peyvənd edilməsinə start verilib. Belarus Səhiyyə Nazirliyindən verilən məlumata görə, respublikanın ümumilikdə 100 sakininə COVID-19-a qarşı pulsuz peyvənd olunmaq imkanı verilib.

 

Respublikanın Səhiyyə Nazirliyi həmçinin xəbər verib ki, 2021-ci ildə Belarusda COVID-19 koronavirusuna qarşı iki milyona qədər insanın peyvənd edilməsi imkanları nəzərdən keçirlir.

 

Noyabr ayının əvvəlində Lukaşenko telefon danışığında rusiyalı həmkarı Vladimir Putinə respublikada Rusiya texnologiyalarından istifadə edərək koronavirus infeksiyasına qarşı vaksin istehsalını təşkil etməyi təklif edib. Belarus prezidentinin mətbuat xidməti Lukaşenkonun təklifinin Putin tərəfindən dəstəkləndiyini bildirib. Səhiyyə Nazirliyi respublikanın laboratoriya şəraitində COVID-19 əleyhinə Rusiya vaksininin ilk partiyasını istehsal etdiyini bildirib.


Xatıtrladaq ki, bu ilin 11 martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyası COVID-19-un pandemiya olduğunu elan edib.

 

 

Tərcümə: Selcan

Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...