Tavuş istiqamətində sərhədi keçən azərbaycanlı həbs edildi - Erməni KİV

Dünya
15:33 / 14.12.2020
3673
Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədin qanunsuz keçilməsi məsələsi ilə bağlı Azərbaycan vətəndaşının həbs edildiyini açıqlayıb.
Sfera.az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, adı çəkilməyən şəxs Ermənistan Respublikası Cinayət Məcəlləsinin 329.1 - Respublika sərhədini lazımi sənədlər və icazə olmadan keçmə maddəsi ilə həbs edilib.