Yaxın zamanlarda əsirlərin mübadiləsi baş tutacaq - Paşinyan

Dünya
14:25 / 14.12.2020
1548
Ermənistanın baş naziri Nikol Paşinyan əsirlərin mübadiləsi haqqında danışıb.
Sfera.az-ın məlumatına görə, N.Paşinyan bu gün video-müraciətində əsirlərin mübadiləsinin yaxın zamanlarda baş tutacağını bildirib:
"Əsirlərin mübadiləsinin başlanmasına, məhkumlarımızın qaytarılmasına yaxınlaşırıq. Çox keçmədən rəsmi təsdiqlənmiş əsirlər qrupunun qaytarılmasını gözləyirik. Bu mərhələdə şəxsiyyətləri Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfindən təsdiqlənmiş əsirləri geri qaytaracağıq”.