Minsk qrupunun həmsədrləri İrəvanda səfərdədir

Dünya
14:05 / 14.12.2020
1375
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevanda səfərdədir.
Sfera.az "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüb.
Görüşdə Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili Aleksey Sinequbov da iştirak edib.
Onların Ermənistanın baş naziri ilə də görüşəcəyi gözlənilir.
Tərəflər Qarabağdakı durumu müzakirə ediblər.