Azərbaycanlı deputatla erməni deputat arasında QALMAQAL

Azərbaycanlı deputatla erməni deputat arasında QALMAQAL

Qondarma "erməni soyqırımı"nın Gürcüstan parlamenti tərəfindən tanınmasına dair erməni deputatın təklifi növbəti dəfə ciddi etirazlara səbəb olub.

Sfera.az report-a istinadən xəbər verir ki, azərbaycanlı deputat Azər Süleymanov erməni həmkarının arzusunu ürəyində qoyub.

"Bugünkü iclasda Axalkalikidən olan deputat Samvel Petrosyan Gürcüstan parlamentində qondarma "erməni soyqırımı"nın tanınmasını təklif etdi. O, Gürcüstan Parlamentinin bu yalançı soyqırımı tanımasının erməni xalqı tərəfindən minnətdarlıqla qarşılanacağını söylədi. Lakin mən ona sözünü bitirməyə imkan vermədim və belə bir məsələnin iclasın gündəliyinə daxil edilməsinə etirazımı bildirdim", - A.Süleymanov report-a müsahibəsində bildirib.

Vahid Milli Hərəkat Partiyasının üzvü olan Azər Süleymanov həmkarının sözünü kəsib və onun təklifini absurd adlandırıb.

A.Süleymanov iclasdakı çıxışında deyib: "Bura Ermənistan parlamenti deyil, Gürcüstan parlamentidir. Ona görə də burada Gürcüstanın problemləri müzakirə olunmalıdır".

S.Petrosyanı deputat yox, şoumen adlandıran A.Süleymanov həmkarına parlamenti yalançı soyqırımı nağılları ilə çirkləndirməməyə çağırıb. O bildirib ki, əslində əsl soyqırımı ermənilərdən ibarət "Baqramyan" taboru Abxaziyada törədib: "Abxaziyada ermənilər günahsız gürcüləri qətlə yetiriblər. Əgər söhbət 1915-ci ildə baş vermiş hadisələrdən gedirsə, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar öz arxivlərini açıb, amma Ermənistan belə bir addımı atmaqdan qəti imtina edir".

Diqqəti ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində törətdikləri vəhşiliklərə çəkən A.Süleymanov deyib: "Ermənilər bir gecədə Xocalıda 613 dinc sakini qətlə yetiriblər. Hazırda isə Azərbaycan torpaqlarında müharibə gedir, siz hansı "erməni soyqırımı"ndan söz açırsınız".

Azərbaycanlı deputatın çıxışı deputatların böyük əksəriyyəti tərəfindən dəstəkləndiyi üçün Samvel Petrosyan məsələni qapadıb və müzakirə açılmayıb.


OXŞAR XƏBƏRLƏR

Bu müəllimlərin bir adı var: Savadsız!

Bu il keçirilən 2-ci şans sertifikasiya imtahanının nəticələri bir daha göstərdi ki, hələ də təhsil sistemimizin içində “müəllim” adını daşımağa lay...

Bu bürclər diqqətli olsun - Gün ərzində...

Bu gün səma hər bürc üçün fərqli mesajlar ötürür. Həftənin ilk günündə bəzi bürclər üçün enerjili və məhsuldar başlanğıc görünürkən, digərləri üçün duyğular və ...

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...