Türk Hava Yollarının təyyarəsini ildırım vurdu
Dünya
09:06 / 11.04.2016
2279
Türk Hava Yollarına (THY) məxsus sərnişin təyyarəsi ildırım vurması səbəbdən İstanbulda məcburi eniş edib.
Trend-in DHA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda təyyarənin yoxlanılması həyata keçirilir.
Qeyd edək ki, THY məxsus sərnişin təyyarəsi daxili reys yerinə yetirirdi.