Ermənilər Naxçıvanda atəşkəsi pozdular

Ermənilər Naxçıvanda atəşkəsi pozdular
Müdafiə Nazirliyi Ermənistan ordusunun bu dəfə Naxçıvanda atəşkəsi pozduğu barədə məlumat yayıb. 

Axşam.az-ın məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmadan dərhal sonra Azərbaycan-Ermənistan dövlət sərhədində Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babək rayonlarında yerləşən mövqeləri düşmən tərəfindən atəşə tutulub.
 
Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində bu rayonlardakı mövqelərimiz Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. 

Ordubad rayonu istiqamətində yerləşən bölmələrimizin cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

OXŞAR XƏBƏRLƏR

Bu bürclər diqqətli olsun - Gün ərzində...

Bu gün səma hər bürc üçün fərqli mesajlar ötürür. Həftənin ilk günündə bəzi bürclər üçün enerjili və məhsuldar başlanğıc görünürkən, digərləri üçün duyğular və ...

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.   Sfera.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli n...

Bakıda bu marşrutun avtobusları yeniləndi

Abşeron rayonunun Masazır qəsəbəsini “Memar Əcəmi” metrostansiyası ilə əlaqələndirən 525 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qa...

23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günüdür

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur.   Sfera.az xəbər verir ki, bu əlamətdar gün dövlət idarə...

Azərbaycanda ən çox bu ölkələrin tələbələri oxuyur - SİYAHI

2024-2025-ci tədris ilinin əvvəlində ölkənin ali təhsil müəssisələrində oxuyan xarici tələbələrin sayı artaraq 7472 nəfərə çatıb.   Sfera.az Döv...

Zeynəb Xanlarovanın oğlu bu qurumun sədr müavini işləyir - FOTO

Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlar ictimaiyyətə həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar... ...