Ağcaqanadlar koronavirus yayırmı? – HƏKİMLƏR DANIŞDI

"Ağcaqanadın koronavirusu yayması barədə gəzən söz-söhbətlər qeyri-ciddidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında ağcaqanadların koronavirusu yaya bilməsi barədə söhbətlərə nöqtə qoyarkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Koronavirus hava- damcı yolu ilə yayılır.Ağcaqanadın insanı dişləməsi malyariya xəstəliyi, keçi milçəyi memoratik qızdırma yaya bilər. Çünki bu zaman xəstəlik qanla keçir. Koronavirusda isə dediyim kimi, virus hava-damcı yolu ilə yayılır. Ağcaqanadlar məsələsində insanlar rahat ola bilərlər”.
"Ağcaqanadin koronavirusun yayılmasına heç bir aydiyyatı yoxdur”
Bunu isə sayta açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev söylədi: "Ağcaqanadlar heç bir halda koronavirus daşıyıcısı, yayıcısı rolunda çıxış etmir.Bu məsələnin koronavirusun yayılmasına heç bir aydiyyatı yoxdur. Azərbaycanda ağcaqanadlar malyariya yaya bilər”.
Elçin