SON DƏQİQƏ! Bakı metropoliteninin 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü

SON DƏQİQƏ! Bakı metropoliteninin 29 əməkdaşı koronavirusa yoluxdu, 1 nəfər öldü
 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin 29 əməkdaşı yeni tip koronavirus ("COVID-19”) infeksiyasına yoluxub.

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, virusa yoluxan xəstələrin 6-sı sağalaraq evə buraxılıb, 22 nəfər isə hazırda müxtəlif tibb müəssisələrində müalicəsini davam etdirir: "COVİD-19 virusuna yoluxan 1 əməkdaşımız isə dünyasını dünyasını dəyişib. Həmin şəxslər müxtəlif vaxtlarda yoluxublar. Xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi müntəzəm maraqlanır. Ümumiyyətlə, bu məsələlərdə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir.

Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19” şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.

Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni” QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.

B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:

"Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. "COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.

İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”. (trend)


OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...