Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq? - QAYDALAR

Koronavirusa yoluxmuş şəxslər evdə necə müalicə olunacaq? - QAYDALAR
COVID-19 yoluxmuş şəxslərin evdə klinik idarə edilməsi qaydası açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyidən (TƏBİB) Milli.Az-a verilən açıqlamada bildirilir ki, hazırda COVID-19 un spesifik müalicəsi yoxdur lakin xəstənin səhhəti bərpa olunanadək simptomları yüngülləşdirən tədbirlər görülə bilər.

Bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində klinik vəziyyətin ağırlaşması müşahidə edilə bilər.

COVID-19-un kliniki simptomları aşağıdaklardır:
• Qızdırma;
• Öskürək;
• Mialgiya və ya halsızlıq;
• Boğaz ağrısı;
• Tənəffüs çatmamazlığı və ya təngnəfəslik;
• Qoxu və dad hissin itirilməsi;

Ağırlaşmalar:
• Pnevmoniya;
• Kəskin böyrək çatmamazlığı;
• Perikardit;
• Disseminə olunmuş damardaxili laxtalanma;
• Sepsis və ya septik şok;
• Ağciyər və ürək çatmamazlığı;

Yüksək risk qrupu:
• 60 yaşdan yuxarı şəxslər;
• Siqaret çəkənlər;
• Ürək damar xəstəlikləri olan şəxslər;
• Şəkərli diabet;
• Arterial Hipertoniya;
• Piylənmə (BKİ>30, boy təyin etmək mümkün olmadıqda, çəkisi>100kq)
• İmmun çatışmazlıq və immunsupressiv hallar (QİÇS/İİV, üzün müddət steroid müalicəsi alan şəxslər, orqan transplantasiyası keçirmiş şəxslər, kimyəvi terapiya, immunmodulyator müalicə alan şəxslər);
• Xroniki tənəffüs xəstəlikləri (Kontrol edilməyən bronxial astma, AXOX, bronxoektaziya və s.);
• Digər xroniki xəstəliklər (məsələn; xroniki böyrək çatmazlığı, xronik qaraciyər çatışmazlığı, oraq hüceyrəli anemiya və s.)

COVID-19 təsdiqlənmiş xəstələrdə asimptomatik və yüngül halların evdə müşahidəsinə dair müalicə və tövsiyələr:

Yüksək temperatura qarşı tədbirlər:
• İstirahətin təmin olunması;
• Dehidratasiyanın qarşısının alınması məqsədilə suya üstünlük verilməklə, bol maye qəbulu. Sidik ifrazatı şəffaf açıq sarı rəngdə olana qədər maye qəbulu davam etdirilə bilər.
Öskürəyə qarşı tədbirlər:
• Öskürəyi olan şəxslərin yan tərəfi üstə və ya yarımoturaq vəziyyətə üstünlük verməsi tövsiyyə olunur. Arxası üstə uzanmaq öskürək refleksini artıra bilər.
• Öskürəyi yüngülləşdirmək məqsədilə çay ilə bal içilə bilər. (1 yaşa qədər uşaqlar istisna olmaqla).
Tənəffüs çatışmazlığına qarşı tədbirlər:
• Tənəffüs çatışmazlığı hiss etdikdə otaq sərin saxlanmalıdır.
• Otağı soyutmaq üçün qızdırıcını söndürülməli və pəncərələri açılmalıdır, virusun yayılmasının qarşısının alınması məqsədilə ventilyator istifadəsi qadağandır.
• Əlavə olaraq aşağıda qeyd olunanlara riayət edilə bilər:
o Nəfəsi burun və ağızdan asta verilməli, sanki şam söndürülür.
o Oturacaqda əyləşilməlidir.
o Çiyinlərinlər rahat tutularaq, bel əyilmədən, düz saxlanmalıdır.
o Bir az irəli əyilərək, əllər diz və ya möhkəm dayağa qoyulmalıdır, məsələn digər oturacağın üzərinə.

Nəfəs darlığı hiss etdikdə həyəcanlanmaq və qorxuya düşmək vəziyyəti ağırlaşdıra bilər.

Xəstələrin evdə müşahidə meyarları:

Klinik, laborator və rentgenoloji yaxşılaşma əldə olunan xəstələr*

COVID-19 yüngül simptomlar/simptomları olmayan

COVID-19-a yoluxmuş şəxslərin halını pisləşdirə biləcək digər xroniki xəstəliklər olmadıqda

Şəxsin və ya qəyyumunun smartfonunun mövcudluğu

24/7 internet çıxışının olması

Xəstə evə yazılarkən müalicə kursunu tamamlamaq məqsədilə, lazım olan dərman vasitələri xəstənin özünə təqdim edilə bilər.

COVID-19 xəstələrin evdə müalicə sxemi (18 yaşdan yuxarı olan şəxslər üçün müalicə sxemi)

Ümumi ev karantini:

Arbidol 200 mg x 3 dəfə 10 gün
Vit C tablet 1000 mg x 4 dəfə 10 gün
Vit D 20 mg/20000 iu günaşırı 2 ay
Zink 25 mg 1 dəfə 10 gün

Temperatur ≥37.5 olarsa: Azitromisin 500 mg x 1 dəfə ilk gün, 250 mg gündə 1 dəfə 4 gün;

 
Ceftriaxon 1.0 x 2 dəfə ə/d və/və ya Moxifloxacin 400 mg x 1 dəfə 1 həftə;

Paracetamol 500 mg gündə maximum 4 dəfə (hərarət olduqda)

Öskürək olarsa: Asetilsistein 600 mg gündə 1 dəfə;
İnhalasiya: salbutamol 5 mg 1 ampul + NaCl 0.9% 3 ml;
Şikayətlər itənə qədər

Dispeptik əlamətləri olarsa: Linex 2 kapsul gündə 3 dəfə və ya Enterol 2 kapsul gündə 1 dəfə;
İshal yaranarsa: Loperamide 4 mg gündə 1 dəfə (max. 8 mg);
Pantoprazol 40 mg gündə 1 dəfə;
Şikayətlər yaxşılaşana qədər 18 yaşa qədər olan şəxslər üçün müalicə sxemi

Simptomlar olmadıqda müalicə başlanılmır
Hər hansı simptom başladıqda:

Vit C:
0-6 ay 40 mg/gün

6-12 ay 50 mg/gün

1-3 yaş: 15 mg/gün

3-8 yaş: 25 mg/gün

8-13 yaş: 45 mg/gün

13-18 yaş: 75 mg/gün

Azitromisin:
1-5 ay 10 mg/kg per os gündə 2 dəfə

6 aydan böyüklərə 10 mg/kg ilk gün tək doza, növbəti gün 5 mg/kg 4 gün

Öskürək olduqda:
Öskürək üçün sirop
İnhalasiya: sabutamol 2.5 mg + NaCl 0.9% 2 ml

Hərarət olduqda:
Paracetamol 60 mg/kg gündəlik doza şəklində 2-3 dəfə (hərarət olduqda)

Covid-19 təsdiqlənmiş/şübhəli xəstələrlə təmasda olmuş şəxslər "Ümumi ev karantini" sxeminə uyğun preparatları qəbul etməlidir.

Yüksək riskli xəstələr xəstəxana triajına göndərilir. Orta risklı şəxslər isə hər 6 saatdan bir simptomlar telefonla dəyərləndirilməlidir. Klinik pisləşmə olarsa xəstəxana triajına göndərilir. Aşağı risklı şəxslərin təqibi 12 saatdan bir telefonla həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...