Neft yenidən ucuzlaşır

İqtisadiyyat
22:30 / 24.06.2020
3617
ABŞ-ın Energetika Nazirliyinin ölkədə neft ehtiyatı ilə bağlı açıqlamasından sonra "qara qızıl”ın qyməti 4,5 faiz ucuzlaşır.
Sfera.az xəbər verir ki, bunu hərrac sövdələşmələrinin nəticələri göstərir.
Belə ki, Bakı vaxtı ilə 18:56-yə olan məlumata görə, "Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 4,46% azalaraq 40,73 ABŞ dollar/barelə düşüb. WTI markalı neftin avqust fyuçersləri isə 4,63% azalaraq 38,05 ABŞ dollar/barelə çatıb.