Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı

Yol polisi karantin postlarında sıxlığı aradan qaldırmaq üçün xüsusi vasitələri işə saldı
 Bakı şəhərində sərt karantin rejimi ilə bağlı yaradılmış karantin postlarında sıxlığı aradan qaldırmaq üçün tədbirlər görülür.

Bunu trend-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bununla bağlı karantin postlarına nəzarət edən yol polislərinə xüsusi texniki vasitələr verilib:

"Bu vaxta qədər əgər bir avtomobilin yoxlanışı üçün 15-20 saniyə vaxt sərf olunurdusa, indi 3-5 saniyəyə avtomobil sürücüsü yoxlanılır. Belə ki, sürücü şəxsiyyət vəsiqəsini təqdim etməklə həmin şəxsiyyət vəsiqəsi texniki vasitəyə yaxınlaşdırılır və dərhal da onun icazə alıb-almaması müəyyən olunur.

Sürücülərdən xahiş edirik ki, şəhər ərazisində quraşdırılan stasionar karantin postlarına yaxınlaşarkən icazə vərəqi və ya telefondakı sms cavabı deyil, şəxsiyyət vəsiqəsini təqdim etsinlər.

Üzərində hər hansısa fəaliyyətinə icazə verilən qurumun vəsiqəsi, icazə sənədi olsa da, sürücü və ya sərnişin yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə qısa zamanda yoxlanılır. Postlardakı nəzarətçi polislərdə olan xüsusi texniki vasitə şəxsiyyət vəsiqəsi ilə həmin şəxsin icazəli olub-olmadığını dərhal müəyyən edir. Nəticədə karantin postlarında süni tıxaclar yaranmır”.

V. Əsədov bildirib ki, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə və bölmə rəisləri və vəzifəli zabitləri də paytaxt yollarında yaradılmış karantin postlarında xidmətə cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR

Bloqqerlərə özlərini ərəb şahzadəsi kimi göstərməklə satış etmək qadağan edilib

Çində məhsulları tanıtmaq üçün özünü "Yaxın Şərq şahzadələri" kimi təqdim edən şəxslərin hesabları bloklanıb.   Sfera.az bildirir ki, sosial ...

Evini qəsdən partladıb: Niyə belə etdi?

Britaniyada məhkəmə bir evi dağıdan və yaxınlıqdakı tikililərə ciddi ziyan vuran partlayışın qəsdən törədildiyini müəyyən edib. Hadisə ötən ilin iyununda Böyük ...

3 dollara aldığı tablonun əsl qiymətini biləndə şoka düşdü - FOTOLAR

Ohayoda (ABŞ) Marisi Macy Goodwill (Marisa Meysi Qudvil) ikinci əl mallar mağazasında cəmi üç dollara aldığı rəsmin əslində nə qədər baha olduğunu biləndə gözlə...

Məşhur “Netflix” serial ulduzu 15 il həbs cəzasına məhkum edildi

“Netflix”də yayımlanan “Sex Education” serialının ulduzu, 24 yaşlı britaniyalı aktyor Alexander Westwood (Vestvud) 15,5 il müddətinə aza...

Valideynlə mübahisə zamanı halı pisləşən müəllim vəfat etdi

Bakıda müəllimlə valideyn arasında mübahisə ölümlə nəticələnib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə 25 nömrəl...

Paşinyandan sülh sazişi açıqlaması: "Biz hazırıq"

Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsi rejimini qarşılıqlı əsasda daha da sadələşdirməyə hazırdır. Sfera.az xəbər verir ki, bunu Ermənistanın baş naz...