Yerli istehsal olan tibbi maskalar niyə keyfiyyətsizdir? – Üzə taxan kimi ipi qırılır...
"Ölkəmizdə tibbi maska istehsalına başlasalar da, onun keyfiyyət göstəricilərinə bməsuliyyətsiz yanaşılır”.
Sfera.az-a açıqlamasında bu sözləri apteklərdə satılan yerli istehsallı tibbi maskaların keyfiyyətsiz olması, üzə taxan kimi onu saxlayan ipin qırılması kimi hallara münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
"Təəssüf edirəm ki, belə vəziyyət yaranıb. Yaxşı olar ki, əhali diqqətli olsun, bir ədəd normal maska almaq, üzə taxan kimi, sıradan çıxan belə maskaları almaqdan daha yaxşıdır. Bu vəziyyət onu göstərir ki, ölkəmizdə maska istehsalına başlasalar da, onun keyfiyyət göstəricilərini arxa plana keçiriblər”.
Həkimin fikrincə, prosesdə sui-istifadə hallarına yol verilib ki, istehsal edilən yerli tibb maskalar artıq keyfiyyətsiz şəkildə buraxılır: "Hər bir sahibkar maraqlı olmalıdır ki, istehsal etdiyi mal bazarda keyfiyyətli olsun və ona tələbat yaransın. Həmin hal onu göstərir ki, belə maskaları istehsal edən müəssisə sabahı, gələcəyini düşünmür.Onlar postpandemiya dövründə ən azından ölkə daxilində maska istehsalını həyata keçirə bilərlər. Ancaq maskalarla bağlı bu vəziyyət onu deməyə əsas verir ki,postpandemiya dövründə belə keyfiyyətsiz qoruyucu vasitələr istehsal edən müəssisələrin ömrü elə pandemiyanın ömrü qədər olacaq”.
Elçin