Azərbaycan Dövlət Himni işarət dilində – VİDEO

Azərbaycan Dövlət Himni işarət dilində – VİDEO

 

Azərbaycan Dövlət Himnini işarət dili vasitəsilə ifa ediblər.

Oxu.Az xəbər verir ki, layihənin PR meneceri Rəşid Mustafazadənin verdiyi məlumata görə, bir neçə dəqiqəlik videoçarxda həvəskar gənclər himnimizin hissələrini işarət dili vasitəsilə çatdırıblar.

İdeya müəllifi və layihə rəhbəri Nuranə Abıyeva bu işin ərsəyə gətirilməsini çoxdan arzuladığını bildirib:

"İşarət dilində bir çox videoçəkilişlər təşkil etdim, lakin bu işə ilk başladığım vaxtlardan etibarən ən birinci hədəfim məhz himnimizin bu dillə tərcüməsini öyrənərək, videoçarx şəklində təqdim etmək idi. Təbii ki, ilk vaxtlarda hələ çox sözün tərcüməsini bilmədiyimə görə bu işi bir az gecikdirməli oldum. 

"Azərbaycan Gənclər Klubu”nun dəstəyi və mənimlə bu çəkilişdə könüllü işləmək istəyən aktiv gənclərlə birlikdə bu işi reallaşdırmaq imkanı qazandım. Ümid edirəm ki, Azərbaycan musiqi aləminin dahi klassiki Üzeyir Hacıbəyov və unudulmaz ədibimiz Əhməd Cavadın müəllifi olduğu himnimiz bu cür təqdimatda da bəyəniləcək”, - deyə Abıyeva qeyd edib.

Sizə Azərbaycan Dövlət Himnini işarət dilində təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...

Hərbi təyyarə qəzaya uğradı: Pilotlar öldü

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, Racastan əyalətində təlim təyyarəsinin qəzaya uğra...

"Ermənistanın bu davranışı qeyri-dost addımıdır" - Rusiya XİN

“Rusiya rus vətəndaşlarının Ermənistana girişinə qadağa qoyulmasını qeyri-dost addım kimi qiymətləndirir”.    Sfera.az rus mediasına i...

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə GETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.   Sfera.az xəbər verir ki, Əbu-Dabi...