Uşaqlar arasında bu xəstəliklər - Aşkarlandı

Uşaqlar arasında bu xəstəliklər - Aşkarlandı
2015-ci ilin məlumatına görə, ölkədə uşaq əhalisinin 92 faizi icbari dispanserizasiya tədbirlərinə cəlb olunub. Müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb.

Bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, onların mütəmadi olaraq, kompleks müayinələrdən keçirilməsi, erkən dövrdə aşkar olunan xəstəliklərin vaxtında müayinə və müalicəyə cəlb olunmasıdır.

N.Quliyev deyib ki, region ölkələri arasında icbari dispanserizasiya haqqında qanunvericilik yalnız Azərbaycanda qəbul olunub.

"Azərbaycanda uşaqların icbari dispanserizasiyası" haqqında qanun 18 yaşına qədər uşaqları, yəni 2,6 milyondan çox uşağı əhatə edir. Yenidoğulan və 3 yaşına qədər uşaqlar ildə bir necə dəfə, 3 yaşından böyük uşaqlar isə il ərzində kompleks müayinələrə cəlb olunurlar.

N.Quliyev deyib ki, keçən il respublikanın 39 rayonu üzrə 652 108 uşaq icbari dispanserizasiyadan keçib. Bunlardan sağlamlıq imkanları məhdud uşaqlar 9237, valideyn himayəsindən məhrum uşaqlar 574, cəzaçəkmə müəssisəsində olan uşaqlar 24 nəfər təşkil edib.

Uşaqların sağlamlıq qrupları üzrə bölünməsinə gəlincə, I qrup 457 618, II qrup 211 953, III qrup 31 867, IV qrup üzrə 17 430, V qrup üzrə isə 12 087 nəfər olub.

İnstitut direktoru bildirib ki, icbari dispanserizasiya zamanı nozologiyalar üzrə bölünmədə 8 373 uşaqda tənəffüs sistemi xəstəlikləri, 5 039 uşaqda qan və qanyaradıcı orqanların xəstəlikləri, 3121 uşaqda mərkəzi və periferik sinir sistemi xəstəlikləri, 2687 uşaqda endokrin sistemi xəstəlikləri, 2617 uşaqda həzm sistemi xəstəlikləri, 2452 uşaqda göz və göz aparatının xəstəlikləri, 1954 uşaqda ürək qan-damar sistemi xəstəlikləri, 1386 uşaqda dayaq-hərəkət sistemi xəstəlikləri, 931 uşaqda sidik-cinsiyyət sistemi xəstəlikləri, 722 uşaqda dəri və dərialtı toxumanın xəstəlikləri, 134 uşaqda psixi və davranış pozuntuları, 53 uşaqda onkoloji xəstəliklər aşkar olunub.

Trend.az 

OXŞAR XƏBƏRLƏR

PKK liderinin videosu yayıldı - "11 iyulda..."

PKK lideri Abdullah Öcalan təşkilatın tərksilah prosesi ərəfəsində video müraciət yayıb. Paylaşılan video mesajda Ömer Hayri Kaynar, Veysi Aktaş, Mahmut Yamalak...

İsti hava 10 gündə 2300 insanın həyatına son qoyub

Qlobal istiləşmə və iqlim dəyişikliyinin zərərləri ilə bağlı narahatlıqlar artdığı bir vaxtda, avropalı alimlərin apardığı yeni araşdırma diqqət çəkib.  ...

Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Bakı və Sumqayıt şəhərlərində oğurluq edən şəxslər saxlanılıblar.   Sfera.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyindən...

"Azərbaycanın hüquq-mühafizə orqanları ilə əlaqədəyik" - Rusiya XİN

"Biz münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan tərəfi ilə hüquq-mühafizə orqanları vasitəsilə əlaqə saxlayırıq".    Sfera.az xə...

Pensiya artımının faizi AÇIQLANDI - 2025-ci il üçün...

"Təqaüd artımı olduqca müsbət haldır. Məlum olduğu kimi, hazırda inflyasiya səviyyəsi artmaqdadır. Hökumət isə təqaüdçülərin sosial vəziyyətini nəzərə alar...

Bu ümumi təhsil müəssisələrinə prioritet tətbiq ediləcək - SİYAHI

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məkt...