Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeyini bəyənirik

Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeyini bəyənirik

Prezident İlham Əliyevin iyun ayının 3-də Tərtər Olimpiya İdman kompleksinin açılışında irəli sürdüyü fikirlər bütün Azərbaycan ictimaiyyətini narahat edən problemlərlə bağlıdır. Burada ən mühum məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məsələyə münasibətdir. Ölkə prezidenti mart və aprel aylarında Dağlıq Qarabağ xunta rejiminin keçirdiyi seçki şoularının layiqli qiymətini vermişdir. Təsadüfi deyil ki, bu seçkilərin nəticələri aparıcı beynalxalq təşkilatlar, o sıradan ATƏT-in həmsədrləri — ABŞ, Fransa və Rusiya, Avropa ittifaqı, Avropa Parlamenti, Islam Əməkdaşlıq təşkilatı, Qoşulmama Hərəkatı tərəfindən tanınmamışdır. Prezidentin çıxışında bu hadisə ilə bağlı öz mövqeini bildirməyən AŞPA-nın Azərbaycana münasibəti tamamilə düzgün təhlil edilmiş və onun mahiyyəti açılmışdır. Bu qurumun anti-Azərbaycan mövqeyi həmişə özünü göstərmişdir. Keçirilən monitorinqlər və ermənipərəst qüvvələrin hazırladığı qərəzlı hesabatlarda ölkəmizə qarayaxma və ikili standartlar münasibətindən yaranan ədalətsiz yanaşmalar öz əksini tapır. Möhtərəm Prezident Ermənistanın indiki rəhbərliyinın sərsəm fikirlərini və hərəkətlərini dəfələrlə göstərmiş və hətta nüfuzlu beynəlxalq tədbirlərdə onları ifşa etmişdir. Tarix boyu biz həmişə xəbis erməni xislətinin şahidi olmuşuq: faşistlərlə sıx əməkdaşlıq etmək, belə şəxslərə abidə ucaltmaq. Bütün dünya ölkələrinin indiki çətin vəziyyətdə olduğu bir şəraitdə Dağlıq Qarabağ xunta rejimində seçkilərin keçirilməsi də təsadüfi deyil. Prezident İlham Əliyev AŞPA-nın fəaliyyətindəki Azərbaycanafobiya siyasətinin əlamətlərini göstərərək Dağlıq Qarabağ münaqisəsinin sülh yolu ilə həllinə maneələr yaradan Ermənistanın tərcübəsiz və naşı rəhbərliyinin iç-üzünü açmışdır. AŞPA münaqişə üzrə alt komitənin fəaliyyətini iflic etmiş Ermənistanın mövqeyinə münasibət bildirməmiş və hər vasitə ilə Azərbaycana qarşı qarayaxma sənədlər ortalığa çıxartmaqla məşğul olmuşdur. AŞPA neçə ildir ki, Ermənistan həbsxanalarında saxlanılan iki Azərbaycan vətəndaşının taleyi ilə maraqlanmaqdansa, fevral ayında Milli Məclis keçirilən seçkilər haqqında yenə ədalətsiz münasibəti nümayiş etdirilmişdir. Biz Prezidentin açiqlamaları ilə tam şərikik ki, Azərbaycanın tərəqqisini və beynəlxalq cəmiyyətdə rolunun yüksəlıməsini istəməyən qüvvələr Azərbaycanafobiya və islamafobiya siyasətini aparırlar. Ölkəmizin qüdrəti böhranlı və çətin şəraitlərdə də dayanıqlı iqtisadi inkişafı və əhalinin sosial təminatının ödənilməsində özünü göstərir. Koronavirus pandemiyasının yayıldığı son çətin dövrlərdə Prezidentin məqsədyönlü siyasəti və qabaqlayıcı tədbirlər nəticəsində ölkəmiz daha az itğilər verdi. Belə bir şəraitdə ölkəmizin Prezidenti dünyanı bürüyən bəlaya qarşı birlik nümayiş etdirilməyin zəruri olduğunu göstərdi: öncə Türk Dövlətləri Şurası, sonra isə sədrlik etdiyi Qoşulmama Hərəkatı ölkələrini təmsil edən Təmas qrupu dövlətlərinin sammitini təşkil etdi və dünyanı bürüyən epidemiyaya qarşı mübarizədə əməkdaşlıq ortaya qoyuldu. Azərbaycan 30-dan artıq ölkəyə yardım əlini uzatdı. Bu dünya səhnəsində Ermənistan nə edə bilir? Məkr və hiylə ilə ələ alınan AŞPA kimi təşkilatların mahiyyəti özü-özünə açılır. Qurumun son iclasında iştirakçıların sayı üçdən biri qədər olur, yaxud insan hüquqları və demokratiyanı qorumaq adı altında təqdim olunan təsisatlarda polis zorakalığının hökm sürməsi artıq bəşəriyyəti narahat edir. Biz Prezident İlham Əliyevin obyektiv fikirlərini və ədalətli mövqeini tamamilə bəyənirik. -- İmamverdi Həmidov AMEA-nın Nizami Gəncəvi adına ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor


 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub

Azərbaycanın 20 faizdən artıq ərazisini 30 li işğal altında saxlayan Ermənistan bununla kifayətlənməyərək yeni ərazilər işğal etmək niyyətilə demək olar ki, hər...

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”

Məlum olduğu kimi, Azərbaycanın xarici siyasətində mühüm prioritet istiqamətlərdən biri türkdilli dövlətlərlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməs...

Bakıya yağış yağıb, dağlıq ərazilərdə şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 9-u günün birin...

“Qarabağ” “Zirə”yə qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulacaq.   Sfera.az xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.   Əvvəlcə “...

Dövlət başçıları Bakıya gəlməkdə davam edir - FOTO

Noyabrın 10-da Surinamın Prezidenti Çandrikapersad Santoki BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP2...

Ağstafada sürücü qardaşını vuraraq öldürdü

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.   Sfera.az "Report"a istinadən xəbər ver...