Azərbaycanafobiyanın gizlinləri

Azərbaycanafobiyanın gizlinləri

Bu gün dünyanın iqtisadi, sosial və siyasi arenalarında baş verən təbəddülatlar fonunda özünü istər iqtisadi, istərsə də siyasi təhlükələrdən qorumaq üçün hər bir dövlət uzun illər ərzində formalaşdırdığı sipərlərdən yararlanır. Bu sipərlər nə qədər sərt və təzyiqlərə davamlı olarsa, dövlət də o qədər möhkəm və bütün sahələrdə dayanıqlı olacaqdır. Biz hazırda bu situasiyanı ölkəmiz timsalında nəzərdən keçirsək, görərik ki, Prezident İlham Əliyevin doğru zamanda verdiyi qərarlar və dövlət təhlükəsizliyi üçün atdığı addımlar indi hansı səmərələri verməkdədir.

Bir müddət bundan əvvəl erməni separatçıları ilə cəbhənin ən aktiv nöqtələrindən biri olan Tərtər rayonunda Prezident İlham Əliyev ölkəmizə qarşı müxtəlif beynəlxalq təşkilatların bu və ya digər formalarda çirkin siyasi oyunlar oynadığını yenidən dilə gətirdi. O qeyd etdi ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün kağız parçasından başqa bir şey deyil. Hamçinin bildirdi ki, bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür. Ölkəmizdə qarşı hərbi, iqtisadi, etnik və digər müstəvilərdə təzyiq edə bilməyən Avropa Şurası, ATƏT kimi təşkilatlar yalnız ölkəmiz haqqında qərəzli siyasi uydurmalar, miflər danışmaqla ölkəmizə və dövlətimizin beynəlxalq nüfuzuna qara yaxmağa çalışırlar.

Göründüyü kimi, bu gün Azərbaycanın istər regional miqyasda həm siyasi, həm də iqtisadi gücə çevrilməsini, istərsə də beynəlxalq miqyasda – Qoşulmama Hərəkatında, Türk Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, ümumən türk və islam dünyasında mövqeyini gücləndirməsini Qərb qəbul etmək istəmir. Qərbin Azərbaycana qarşı bu qəzəbinin arxasında bir çox məsələlər dayana bilər. Prezident bunun köklərindən birini islamafobiya hesab edir. Bu məsələdə böyük həqiqət var. Çünki Azərbaycan böyük əksəriyyəti islam dininə sitayiş edən vətəndaşların ölkəsi olmaqla bərabər, həm də digər dinlərin nümayəndələrinə tolerant münasibət göstərən, bugünkü Avropanın əksər ölkələrindən fərqli olaraq multikultural təhlükəsizliyini təmin etmiş ölkədir. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitliyin və rifahın olması Azərbaycan düşmənlərini rahatsız edir. Məhz onların təzyiqləri beynəlxalq təşkilatların ölkəmizə qarşı kin və qərəz püskürməsinə səbəb olur.

Mövcud pandemiya şəraitində Azərbaycan təkcə pandemiya ilə mübarizədə nümunəvi ölkə kimi Ümumdünya Səhiyyə Təşkilatının diqqətinə düşməyib, ölkəmiz həmçinin otuzdan çox beynəlxalq təşkilata və dövlətə maliyyə və humanitar yardım göstərib. Bu heç şübhəsiz, ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da yüksəldib və Azərbaycanı ən etibarlı beynəlxalq tərəfdaşa çevirib.

Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz dünyada artıq orta miqyası güc (middle power) dövləti kimi tanınır. Ölkəmiz buna təkcə siyasi deyil, həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə apardığı davamlı islahatlarla nail olmuşdur. Ərazisinin kiçik olmasına, torpaqlarının bir hissəsinin işğal edilməsinə, aktiv müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycan apardığı uğurlu daxili və xarici siyasətlə stabil və firavan ölkəyə çevrilməklə yanaşı, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ edən güclü dövlətə çevrilmişdir. Azərbaycan bu gün təkcə regionun deyil, bir sıra məsələlərdə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfələr verir. Eyni zamanda ölkəmiz uğurlu regional enerji və infrastruktur layihələrlə regionun və Avropanın enerji təhlükəsizliyinin qarantına çevrilir. Rusiya və NATO kimi beynəlxalq hərbi güclərin dialoqunda Azərbaycan davamlı vasitəçi ölkə kimi çıxış edir. Bu məsələlərin hər biri şübhəsiz ki, ölkəmizin artan beynəlxalq nüfuzundan xəbər verir və bu hal azərbaycanafob qüvvələri daima narahat edir.

Lakin önəmli bir məsələ Azərbaycan dövlətini hər zaman güclü və mətin edir, bu da xalqla hakimiyyətin birliyidir. Azərbaycan xalqı dövlətin suverenliyi və vətəndaşın rifahı üçün atılan bütün addımlarda Prezident İlham Əliyevin yanında olduğunu sübut edir. Bu da həqiqətdir ki, xalqla hakimiyyətin birliyi bütün dövlər üçün dövlətin təhlükəsizliyinin əsas sütunudur.

Azərbaycan Dillər Universiteti rektorunun müşaviri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov 


 




OXŞAR XƏBƏRLƏR

Bu şəhərlərdə və 4 rayonda güclü külək əsəcək - XƏBƏRDARLIQ!

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  ...

"Putinlə Tramp arasında danışıq olmayıb" - Peskov Qərb mediasını YALANLADI

"Qərb mediasının Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığının olması barədə iddiaları yala...

Aleksandar Vuçiçin Azərbaycana səfəri başladı

Serbiya Prezidenti Aleksandar Vuçiçin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqs...

Slovakiya prezidenti Azərbaycana səfərə gəldi

Slovakiya Prezidenti Peter Pelleqrini BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün...

İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.   Sfera.az xəbər ve...

Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək - RƏSMİ

""Təmiz Şəhər" ASC-nin növbəti hədəfi Bakıda zibilxanalara göndərilən məişət tullantılarının həcmini azaltmaq, paytaxtın şərq və qərb hissələrind...