Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb - REPORTAJ

Bakıda dollar ajiotajı: Bu bank dolları limitlə satır, bəziləri isə satışı dayandırıb - REPORTAJ

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ABŞ dollarına tələbatı artırıb. Bir çox iqtisadi ekspertlər isə baş verənlər fonunda növbəti devalvasiyanın qaçılmazlığı haqda proqnozlar səsləndirməyə başlayıblar.


Mərkəzi Bankın açıqladığı məzənnədə dəyişiklik olmasa da Azərbaycanda dollar ajiotajının yaşandığı sirr deyil. Çoxları hesab edir ki, hökumətin səylərinə baxmayaraq dolların hazırkı məzənnəsini uzun müddətə qoruyub saxlamaq mümkün olmayacaq. Bu isə paytaxtda ABŞ dollarına olan tələbatı nəzərəçarpan dərəcədə artırıb.


Sfera.az-ın əməkdaşı mövzunu araşdırmaq məqsədilə araşdırma aparıb. Bu gün dollar alıcısı kimi müxtəlif banklara üz tutan əməkdaşımız maraqlı sitiuasiya ilə üzləşib.


Məlum olub ki, "Günaybank”da dollar limitlə satışa çıxarılıb. Belə ki, burada bir şəxsə 300 ABŞ dollarından artıq valyuta satılmayıb.


"Kapitalbank"da və "Respublika” Bankında ABŞ dolları limitsiz təklif edilsə də burada uzun növbələr yaşanıb ki, bu da dollar ajiotajının ciddiliyindən xəbər verir.


Park Bulvar ərazisində fəaliyyət göstərən ABS bank filialında və "Günaybank”ın Nizami küçəsindəki filalında isə dollar satışı ümumiyyətlə dayandırılmışdı.


Əməkdaşımız xəbər verir ki, belə bir vəziyyət qara bazarı əməlli-başlı fəallaşdırıb. Belə ki, qara bazarda dollar 1.71 və 1.75 manat aralığında təklf olunub.

 

Orxan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müxalifət lideri “dövlətə xəyanət”də İTTİHAM OLUNDU: “Səbəb bu qanundur”

Venesuela müxalifət lideri Mariya Korina Maçado dövlətə xəyanətdə ittiham olunub.   Sfera.az bildirir ki, bununla bağlı prokurorluqda istintaq başlad...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb.   Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Z...

COP29-un Azərbaycanın tədris proqramlarına TƏSİRLƏRİ: ““Yaşıl” mövzular, ekoloji layihələr...”

Azərbaycanda COP29 çərçivəsində iqlim dəyişikliyi, dayanıqlı inkişaf və “yaşıl” iqtisadiyyatın inkişafı istiqamətində keçirilən tədbirlər yalnız eko...

"Yalı çapkını" final edə bilər - BU TARİXDƏ

Türkiyədə reytinqləri alt-üst edən “Yalı Çapkını” serialı yeni mövsümdə izləyicilərini qane etməyib.   Sfera.az bildirir ki, “Star...

Məhkumların hüquqları - Qanunvericilik nə deyir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiy...

Ukrayna savaşı ilə bağlı MÜHÜM AÇIQLAMA: “Yalnız bu halda bitəcək”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynadakı münaqişəyə necə son qoyulacağını açıqlayıb.   Sfera.az bildirir ki, bu barədə...