Razılaşma son anda pozulub? - Bakıdan Yerevana “əsir” aparmalı olan təyyarə niyə sərnişinsiz uçdu...

Razılaşma son anda pozulub? - Bakıdan Yerevana “əsir” aparmalı olan təyyarə niyə sərnişinsiz uçdu...
"İlham Əliyevi Putinlə söhbət qane etməyib, yaxud Ermənistan son anda razılaşmanı pozub. "Əsir” məsələsi ətrafında baş verənlər bu iki fərqli nəticəni ortaya çıxarır”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi icmalçı Asif Nərimanlı deyib. O qeyd edib ki, hazırda maraqlı proseslər gedir: "Dünən saat 20:46-də Prezidentin mətbuat xidməti İlham Əliyevlə Putinin telefon söhbəti haqda məlumat yaydı: tərəflər Qarabağ ətrafındakı vəziyyəti müzakirə edib. 22:16-da "Sputnik armenia” bir qrup "hərbi əsir”in İrəvan yolunda olduğu xəbərini yaydı,  22:47-də Ermənistan tərəfi təyyarənin boş qayıtdığını açıqladı. Xəbər axını müəyyən ehtimallar irəli sürməyə imkan verir.

Mümkündür ki, Bakı şərtlərinin bir qisminin yerinə yetirilməsi qarşılığında "əsirlərin” bir neçəsini verməyə razı olub. Moskva görüşündən sonra Rusiya baş prokuroru İqor Krasnovun İrəvanda Paşinyanla görüşü, ardınca Əliyevin görüşünə gəlişi də bununla bağlı olub. Lakin son anda qərar dəyişdirilib”.

A.Nərimanlı bildirib ki, ilk versiyaya görə, İlham Əliyev Putinlə telefon söhbətindən mənmun olmayıb: "Rusiya "İsgəndər – M” məsələsinə, o cümlədən, 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsinə lazımi həssaslıq göstərmir və Bakı qərarından vaz keçərək, təyyarəni boş göndərir, hərçənd, xəbər axının zamanı bu versiyanı zəiflədən məqamlardandır. Əliyevlə Putinin söhbətindən sonra "əsir”lərin qaytarılması xəbəri yayıldı, ardınca təyyarə boş qayıtdı.

İkinci versiya, Putin Paşinyanla məsələləri razılaşdırır, ardınca Bakının şərtlərinin (indiki halda bu şərtin erməni qoşunlarının çıxarılması olması ehtimalı öndədir) yerinə yetirilməsi qarşılığında "əsir”lərin bir qisminin qaytarılması məsələsini Əliyevlə müzakirə edir. Prezidentin mətbuat xidmətinin yaydığı informasiyanın mətni Əliyevlə Putinin söhbətinin müsbət məcrada keçdiyi fikrini gücləndirir. Bakıda olan təyyarə İrəvana uçmağa hazırlaşır, lakin son anda Ermənistan tərəfi Bakının qərarını dəyişdirəcək, həm də ümumi razılaşmanı pozacaq addım atır.

Hələki ehtimallar bu yöndədir, hərçənd, "nə baş verib" sualı qaranlıq olaraq qalır. Bu kontekstdə Qarabağdan gələcək xəbərlər və qarşıdakı günlərdə baş verən proseslər məsələyə aydınlıq gətirməyə kömək edə bilər”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...

Milli Məclisdə şəhid övladları ilə bağlı MÜHÜM TƏKLİF

“Özəl orta məktəblər şəhid övladlarını pulsuz oxutmalıdır”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Etib...